Azərbaycanda bankların müştəri bazası bu il 9% genişlənib
Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 68 823 nəfər və yaxud 1,1% artaraq bu il noyabrın 1-nə 6 298 989 nəfər təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, müştərilərin 6 198 830 nəfəri fiziki, 100 609 nəfəri hüquqi şəxslərdir. Oktyabrda fiziki şəxslərin sayında 67 784 nəfər və yaxud 1,1%, hüquqi şəxslərin sayında isə 1 039 nəfər və yaxud 1% artım qeydə alınıb.
Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 3 356 nəfər və yaxud 1,3% artaraq 258 498 nəfərə çatıb.
Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayı 526 949 nəfər və yaxud 9,1% artıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət