Slimfit
  1. İQTİSADİYYAT

Dövlət Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirləri 12% azalıb

Dövlət Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirləri 12% azalıb
Sakura

Dövlət Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirləri 12% azalıb

Bu ilin yanvar-sentyabr aylarında - (01.01.2024 - 01.10.2024 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 603,7 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12% azdır.

Ens.Az-ın məlumatına əsasən,ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, 2023-cü ilin eyni dövründə sözügedən göstərici 5 234 mln. ABŞ dolları səviyyəsində olub.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR