Dərc edildi: Baxış sayı: 767
Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 140,2 mln. ton yük daşınıb, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən dövr plkədə avtomobil nəqliyyatı ilə 1 636,1 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4% artım qeydə alınıb.
Məlumata görə, sərnişinlərin 95,9% avtobus, 4,1% isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət