Slimfit
  1. AVTO VƏ MOTO

Azərbaycanda avtomobil kreditləri bahalaşdı

Azərbaycanda avtomobil kreditləri bahalaşdı
Sakura

Azərbaycanda avtomobil kreditləri bahalaşdı

Bu ilin III rübü ərzində Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi artıb.

Ens.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından KONKRET.az– a verilən məlumata görə, cari ilin iyulun 1-nə milli valyutada verilən avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 18%, ABŞ dolların verilən kreditlər üzrə isə 16% təşkil edib.

Xatırladaq ki, bu il aprelin 1-nə eyni kateqoriyadan olan kreditlər üzrə orta faiz dərəcəsi müvafiq olaraq 17% və 15% səviyyəsində olub. Bu da öz növbəsində əvvəlki rübün yekunu ilə müqayisədə 1 faiz bəndi artım olmasını əks etdirir.

<ins’ style=”box-sizing: border-box;”></ins’>

Məlumata əsasən, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə orta faiz dərəcəsi milli valyutada 22%, ABŞ dollarında 11% təşkil edib. Aprelin 1-nə bu göstəricilər müvafiq olaraq 22% və 10% olub.

Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər (yaşayış sahəsinin alınmasına və tikintisinə verilmiş kreditlər istisna olmaqla) üzrə orta faiz dərəcəsi bu müddətdə dəyişməyərək manatda 21%, dollarda 13%, kredit kartı vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi manatda 23%, dollarda 11%, digər valyutalarda 14%( aprelin 1-nə müvafiq olaraq 23%, 10% və 14%) təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR