Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin təqdimatı olub

Azərbaycanda “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin təqdimatı olub
Sakura

Azərbaycanda “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin təqdimatı olub

Bu gün Kənd Təsərrüfatı Nazirliyi (KTN) “Aqrar Məşğulluğun Artırılması Layihəsi”ni (AMAL) ictimaiyyətə təqdim edib.

Report” xəbər verir ki, layihə kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi AMAL regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyır. Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.

AMAL-ın əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımların və məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir.

“Bu layihə ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək, cəmiyyətin bütün sahələrində olduğu kimi, aqrar sektorda da onların iştirak səviyyəsini artıracaq, yeni nəsil fermerlərin formalaşmasına yol açacaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına şərait yaradacaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıracaq, aqrar sektorda müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təşviqləndirəcək”, - deyə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova təqdimatda bildirib.

AMAL ilkin mərhələdə seçilmiş pilot rayonları əhatə edəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR