Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda 350 min şəxs üçün birdəfəlik ödəniş edilib

Azərbaycanda 350 min şəxs üçün birdəfəlik ödəniş edilib
Sakura

Azərbaycanda 350 min şəxs üçün birdəfəlik ödəniş edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 30 min nəfəri üçün birdəfəlik ödəmə (190 manat) vəsaitini aidiyyəti üzrə köçürüb. 

ƏƏSMN-dan APA-ya verilən məlumata görə, birdəfəlik ödəmə köçürüldükdən sonra onların telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Həmin şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq 350 min şəxs üçün birdəfəlik ödəniş edilib. Bunun üçün ümumilikdə 66,5 milyon manat vəsait ödənilib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR