Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda 21 mindən çox yeni iş yeri açılacaq - Nazirdən açıqlama

Azərbaycanda 21 mindən çox yeni iş yeri açılacaq - Nazirdən açıqlama
Sakura

2019 - cu ildə qeyri-neft sektorunun artımının 3.9 faiz olacağı proqnozlaşdırılır

Kommersant.az” xəbər verir ki, dünya iqtisadiyyatında baş verən dəyişikliklər, əsas tərəfdaş ölkələrdə iqtisadi vəziyyət nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti 3 il üzrə orta müddətli dövrü üçün ölkəmizin sosial-iqtisadi göstəriciləri hazırlanıb. Bunu iqisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Nazir bildirib ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, dünya iqtisadi artımının 2018 və 2019-cu ildə 3.7 faiz, Dünya Bankının hesablamalarına görə isə müvafiq olaraq 3.1 faiz olacağı proqnozlaşdırılır.

O bildirib ki, əmtəə ixracatçısı olan bir çox ölkələrdə və MDB məkanında dayanıqlı iqtisadi artımın proqnozlaşdırılması, əmtəə ixracatçılarında artımla bağlı meyllərin formalaşması, neft ixracatçısı olan ölkələrdə iqtisadi artımın 2018-ci ildə də müşahidə olunması, dünya iqtisadiyyatının artımını şərtləndirən amillər kimi nəzərə alınır.

Ş.Mustafayev qeyd edib ki, hazırda dünyada müşahidə edilən müsbət tendensiyalarla yanaşı, bəzi risklər hələ də qalmaqdadır. İnkişaf etmiş ölkələrdə daha sərt maliyyə şərtlərinin tətbiqi nəticəsində inkişaf etməkdə olan iqtisdiyyatlara kapital axınının azalması, həmçinin yeni ticarət tariflərinin tətbiqi, bəzi ölkələrdə geosiyasi gərginliklər, əsas ticarət partnyorlarının milli valyutalarının dəyərini itirməsi risk yaradan amillərdən hesab olunur

Nazir vurğulayıb ki, aparılan sistemli islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: “Qeyd olunduğu kimi, Dünya Bankı tərəfindən “Doing Bisness 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkələri sırasına daxil olaraq ən çox islahat aparan ölkə olub. Yeni hesabatda Azərbyacnın mövqeyi 32 pillə artaraq, 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. 2019-cu ildə ÜDM-nin 3.9 faiz, növbəti illərdə orta hesabla 3.4 faiz artacağı, tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır”.

Ş.Mustafayev bildirib ki, dünya iqtisadiyyatında baş verən dəyişikliklər və beynəlxaq təşkilatarın proqnozları təhlil edilərək neftin bir barelinin qiyməti orta müddətli dövr üçün 60 dollar götürülüb: “Gələn il “Şahdəniz” yatağında neft-qaz hasilatının artması, dövlət hesabına neft sektorunda 3.1 faiz, növbəti illərdə orta hesabla 3.2 faiz artım gözlənilir. Növbəti ildə əsas kapitala investisiya qoyuluşu 17,9 milyard manat, daxili sərmayələrin tutumunun 4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. 2019-cu ildə tikinti sektorunda 2.5 faiz artım gözlənilir. İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən bu layihələrə 2.7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulub. İnvestisiya təşviqi sənədi almış müəssisələrin 63 faizi artıq fəaliyyətə başlayıb, digərlərinin isə gələn ilin sonunadək fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun artımının 3.9 faiz olacağı proqnozlaşdırılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR