Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda 18 qanun dəyişir

Azərbaycanda 18 qanun dəyişir
Sakura

Azərbaycanda 18 qanun dəyişir

Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, iclasın gündəliyinə 18 məsələ daxildir.

Əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Sonra deputatlar “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Reklam haqqında”, “Gənclər siyasəti haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxacaqlar.

Sonra Şəhərsalma və Tikinti, Torpaq məcəllələrinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Pasportlar haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri, həmçinin “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

Plenar iclasda, həmçinin “İpoteka haqqında”, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Telekommunikasiya haqqında” qanunlara, İnzibati Xətalar, Mülki Prosessual və Cinayət məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda müzakirə olunacaq.

 

Mənbə: Fed.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR