Azərbaycana "yox" deyən məşhur futbol klubundan "erməni soyqırımı"na dəstək
Argentinanın və dünyanın məşhur futbol klublarından olan "San Lorenso" klubu "Superliqa Kuboku" oyunundan əvvəl qondarma erməni soyqırımının 104-cü ildönümü münasibətilə stadionda plakat açıblar. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, "San Lorenso" klubunun belə bir addım atması Argentinadakı erməni diasporunun təşəbbüsü ilə baş tutub.
Məlumat üçün bildirək ki, dünyanın ən güclü futbol çempionatlarından birinin keçirildiyi Argentinada futbol klubları əvvəllər də ermənilərin təklifilə bu cür addımlar atıblar. Argentinanın və dünyanın ən böyük futbol klublarından olan "Boka Xunyos" və "Rasinq" klubları da analoji addımlar atıblar.
Onu da bildirək ki, Argentinanın ən böyük 5 futbol klubundan biri hesab olunan "San Lorenso" 12 dəfə ölkə çempionu, bir dəfə "Libertadores Kuboku"nun sahibi olub. Klubun prezidenti Matias Lammensi bəyan edib ki, bir-neçə il əvvəl onlar Azərbaycanın sponsorluqla bağlı təklifini qəbul etməyiblər. Klub prezidenti qeyd edib ki, Azərbaycan tərəfi bizdən bu sponsorluğun əvəzində klubdakı ermənilərin işlərindən uzaqlaşdırılmasını təklif etdilər: "Biz də buna razı olmadıq".
Məlumat üçün onu da xatırladaq ki, daha əvvəl Argentinanın "Rasinq" klubu da "Türk Hava Yolları" şirkətinin sponsorluq təklifini rədd edərək qondarma erməni soyqırımı ilə bağlı stadionda plakat açıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət