Azərbaycana turist axını 6% artıb
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb.
Dövlət Turizm Agentliyindən "Report"a verilən xəbərə görə, bununla da sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 mln.a çatıb.
Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65%-ni təşkil edib.
Ənənəvi olaraq, Pakistan, Hindistan və Türkmənistan Asiya, BƏƏ, Səudiyyə Ərəbistanı və İraq isə Yaxın Şərq bölgəsinin əsas bazarları olaraq qalıb.
Müsbət artım tendensiyası ilə yanaşı azalma da müşahidə olunan bölgələr mövcuddur. Belə ki, 2017-ci ildə Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı olan İrandan gələn səyahətçilərin sayı 2018-ci ilin yanvar-noyabr ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 33% azalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət