Dərc edildi: Baxış sayı: 975
Azərbaycana sənaye yığımı üçün gətirilən minik avtomobilləri gömrük rüsumundan azad edilib
Azərbaycana tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən minik avtomobilləri gömrük rüsumundan azad edilib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən, ölkəyə gətirilən digər avtomobilr üçün 15 faiz gömrük rüsumu qüvvədə saxlanılır.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət