Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycana gələcək təyyarələrlə bağlı yeni qərar

Azərbaycana gələcək təyyarələrlə bağlı yeni qərar
Sakura

Azərbaycana gələcək təyyarələrlə bağlı yeni qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların Siyahısı”nın və “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar verib.

Belə ki, sənədlə qərarın qüvvəyə minmə tarixi dəyişdirilib.

Dəyişikliyə görə, bu qərar 2021-ci il 1 apreldən qüvvəyə minəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR