Dərc edildi: Baxış sayı: 534
Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri
Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirilməsi çox vacib idi.
Trend-in məlumatına görə, bunu bu gün 16-18 iyun tarixlərində Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev söyləyib.
Dövlət Turizm Agentliyinin sədri deyib ki, Bakıya 37 ölkədən turizm administrasiyalarının rəhbərləri gəlib: "Bu insanları Azərbaycanın mədəni irsi ilə tanış etmək vacib idi. Azərbaycana gələn qonaqlar çox məmnun qalıb. Bu gün axşam nümayəndə heyətlərini Yanardağ kompleksinə aparacağıq".
F.Nağıyev qeyd edib ki, Çinlə bağlanan müqavilə əsasında Azərbaycana bu ölkədən çoxlu turist gələcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət