Dərc edildi: Baxış sayı: 506
Azərbaycan yeni nəsil qırıcı təyyarələr alacaq
Pakistanla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq zaman keçdikcə daha da dərinləşir və möhkəmlənir.
AzVision.az xəbər verir ki, “Avrasiya.Ekspert”ə müsahibəsində pakistanlı politoloq, Pakistan Milli Müdafiə Universitetinin əməkdaşı Səid Sahibzadə belə deyib. Onun sözlərinə görə, son on il ərzində Pakistan ordusunda Azərbaycanın təqribən 100 hərbi birləşməsi döyüş hazırlığı keçib. Pakistan hərbi rəhbərliyinin Azərbaycana mütəmadi səfərləri isə ikitərəfli hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.
Səid Sahibzadə onu da vurğulayıb ki, Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan dördüncü nəsil “JF-17 Thunder” çoxməqsədli qırıcı təyyarəsini əldə etmək niyyətini dilə gətirib. “JF-17 Thunder” hava kəşfiyyatı aparmağa, yer hədəflərinə qarşı sarsıdıcı hücum həyata keçirməyə və qarşı tərəfin hava hədəflərini tutmaq, yaxud məhv etməyə qadirdir.
Bu mənada pakistanlı politoloqa görə, Azərbaycanla Pakistan arasında hərbi-müdafiə sahəsində, məsələn, tapançaların, idarə olunan hərbi sursatların və tank əleyhinə raketlərin birgə istehsalında böyük potensial mövcuddur.
Qeyd edək ki, "JF-17 Thunder" yüngül, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Qırıcı ilk növbədə Pakistan hava qüvvələrinin təlabatını ödəmək üçün Pakistan Aviasiya Kompleksinin (PAC) və Çin şirkəti olan Çenqdu Aviasiya Sənaye Korporasiyası (CAC- Chengdu Aircraft Industries Corporation) tərəfindən hazırlanıb.
Təyyarə proqramı ilk dövrlər Pakistanda "Super 7" adı ilə tanınsa da, sonradan "JF-17 Thunder" adı ilə tanınmağa başlayıb. Təyyarənin adındakı "JF" abreviaturasının açılışı "Joint-Fighter" (Vahid Qırıcı), "Thunder" isə "İldırım" mənasını verir. 17 rəqəmi isə F-16-dan daha yüksək göstəricilərə malik olduğunu vurğulamaq məqsədi daşıya bilər.
"JF-17 Thunder" "hava-hava", "hava-yer" raketləri, döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırki Rusiya istehsalı olan təyyarələrlə müqayisədə bir çox üstünlüyə malikdir. Məsələn, analoqu hesab olunan MİQ-29 eyni zamanda 10 hədəfi 50- 70 km məsafədən izləyir və 1-2 hədəfə eyni zamanda zərbə endirə bilir. Cəmi 2 ton faydalı yük götürərək raketlərlə maksimum 60 km məsafədə olan hədəflərə zərbə endirə bilir. "JF -17 Thunder" isə 3 ton yüklə 100 km məsafədə hədəfləri məhv etmək qabiliyyətindədir. Yanacaq sərfiyyatı isə MİQ-lərdə həddindən artıq çoxdur.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət