Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan xaricə satdığı bu məhsulu BAHALAŞDIRDI

Azərbaycan xaricə satdığı bu məhsulu BAHALAŞDIRDI
Sakura

Azərbaycan xaricə satdığı bu məhsulu BAHALAŞDIRDI

Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 3 min 27 ton miqdarında meyvə və tərəvəz şirələri satıb.

Redaktor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsuldan əldə olunan gəlir 4 milyon 46 min ABŞ dolları olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 661 ton (27,9%), dəyər ifadəsi ilə 1 milyon 269 min ABŞ dolları (45,7%) çoxdur. 2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə satılan meyvə və tərəvəz şirələrinin miqdarı 2 min 366 ton, dəyəri isə 2 milyon 777 min ABŞ dolları olub.

Hesabat dövründə ixrac olunan meyvə və tərəvəz şirələrinin bir tonu üçün orta qiyməti 1 min 337 ABŞ dolları olub ki, bu da illik müqayisədə 164 ABŞ dolları (13,9%) bahadır.  Ötən il bu məhsulun ixracının bir tonu üçün orta qiyməti 1 min 173 ABŞ dolları olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR