Dərc edildi: Baxış sayı: 492
Azərbaycan vətəndaşları bu ölkədə 1200-ə yaxın daşınmaz əmlak alıb
2019-cu ildə Azərbaycan vətəndaşları Türkiyədə 1191 daşınmaz əmlak əldə edib ki, bu da 2018-ci illə müqayisədə 59 obyekt azdır.
Modern.az bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanına istinadən məlumat verir.
Statistikaya əsasən, Azərbaycan vətəndaşları 2019-cu ilin dekabr ayında Türkiyədə 146 daşınmaz əmlak əldə edib. Bu, 2018-ci ilin dekabrı ilə müqayisədə 20 obyekt azdır.
2019-cu ildə Türkiyədə 1,348 milyon daşınmaz əmlak satılıb ki, bu da 2018-ci illə müqayisədə 1,9 faiz azdır.
Ötən il Türkiyədə əcnəbi vətəndaşlara 45 483 daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci illə müqayisədə 14,7 faiz çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət