Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan və Türkmənistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib, proqram imzalanıb

Azərbaycan və Türkmənistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib, proqram imzalanıb
Sakura

Azərbaycan və Türkmənistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib, proqram imzalanıb

 Bu gün Bakıda Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. 

XİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistan tərəfindən isə Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov rəhbərlik ediblər.

Həmsöhbətlər iki qonşu ölkə arasında ənənəvi əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycan-Türmənistan münasibətlərinin inkişafı prioritetlərinin dövlət başçıları tərəfindən müəyyən edildiyini diqqətə çatdırıblar. 

Bu xüsusda, R.Meredov Bakıya etdiyi səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini minnətdarlıq hissi ilə vurğulayıb.

E.Məmmədyarov məsləhətləşmələrin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək onların ikitərəfli münasibətlərin geniş gündəliyi üzrə müxtəlif məsələlər ətrafında müvqelərin əlaqələndirilməsi üçün gözəl imkan yaratdığını qeyd edib.

Məsləhətləşmələr çərçivəsində tərəflər siyasi-diplomatik, o cümlədən ən yüksək səviyyədə səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirəələr aparılıb. Aktau zirvə toplantısında imzalanmış Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyanın tarixi əhəmiyyəti bir daha önə çəkib.

İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqda müşahidə edilən müsbət dinamika qeyd edilərək, onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə, ayrı-ayrı dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri müzakirə edilib. Logistika, sənaye və mədəni-humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulanıb.

Görüş əsnasında R.Meredov beynəlxalq təşkilatlarda, ilk növbədə BMT sisteminə daxil olan qurumlarda Türkmənistanın təşəbbüslərinin nəinki sadəcə dəstəklənməsi, bir çox hallarda onlara həmmüəlif olaraq qoşulmasına görə Azərbaycan tərəfinə dərin təşəkkür bildirib.

Nazir E.Məmmədyarov öz tərəfindən beynəlxalq təşkilatlarda müxtəlif məsələlər üzrə, ən başlıcası isə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Türkmənistan tərəfinə minnətdarlıq ifadə edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərməsi, ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, o cümlədən qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Məsləhətləşmələrin yekunlarına dair nazirlər səviyyəsində Azərbaycan Respublikasının XİN-i və Türkmənistanın XİN-i arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR