Slimfit
  1. SİYASƏT

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu
Sakura

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu

 Fevralın 20-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan İtaliya Prezidenti Sercio Mattarella deyib:

“Cənab Prezident, Romaya xoş gəlmisiniz. Sizin səfərinizdən çox məmnunam. İki il əvvəl Bakıda mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm. Hazırkı səfəriniz də Azərbaycan və İtaliya arasında səmimi dostluğun və güclənən əməkdaşlığın bir daha qeyd edilməsi, eləcə də Sizin və hökumətinizin İtaliya-Azərbaycan əlaqələri üçün yürütdüyü siyasətin, habelə ölkələrimiz arasında bütün istiqamətlərdə - enerji, ticari-iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın dəyərləndirilməsi üçün gözəl fürsətdir.

Cənab Prezident, bir daha xoş gəlmisiniz. Təşəkkür edirəm, cənab Prezident. Sizin İtaliyaya dövlət səfərinizdən böyük məmnunluq duyuruq”.

Prezident İlham Əliyev deyib:

“Təşəkkür edirəm, hörmətli cənab Prezident.

İlk növbədə, İtaliyaya dövlət səfərinə dəvətə və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam.

Sizin Azərbaycana tarixi səfərinizi məmnuniyyətlə xatırlayıram. Səfər zamanı əldə edilmiş razılaşmalar artıq həyatda öz əksini tapır və bu gün İtaliya-Azərbaycan əlaqələri yeni yüksək səviyyəyə qalxır. Həm siyasi sahədə, iqtisadi sahədə, energetika, mədəniyyət, nəqliyyat, bütün demək olar ki, bütün sahələrdə şirkətlərimiz arasındakı əlaqələr yeni pilləyə qalxır. Səfər zamanı imzalanacaq çoxsaylı sənədlər bizim əlaqələrimizi daha da gücləndirəcək. Onların arasında xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim.

Energetika sahəsində çox gözəl nəticələr var. Bizim birgə icra etdiyimiz Cənub Qaz Dəhlizi yekunlaşmaq üzrədir. Bizim bundan sonra əsas istəyimiz ondan ibarətdir ki, qeyri-neft sektorunda İtaliya və Azərbaycan arasındakı əlaqələr daha sürətlə inkişaf etsin. Sabah keçiriləcək biznes forum, əminəm ki, bu istiqamətdə çox önəmli addım olacaq.

Bir daha qonaqpərvərliyə və dəvətə görə təşəkkürümü bildirirəm. Əminəm ki, səfərin yekunları çox müsbət olacaq”.

Görüşdə “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu sənəd bütün sahələri, o cümlədən siyasi, iqtisadi, ticari, enerji sahələrini əhatə edir.

Söhbət zamanı İtaliyanın hər zaman Azərbaycanın dostu olduğu vurğulanıb. Azərbaycanın qlobal baxımdan çox əhəmiyyətli bir regionda yerləşdiyi və bütün ölkələrlə yaxşı əlaqələr qurduğu qeyd edilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulanıb. Bu münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsasən həll edilməsinin zəruriliyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi qeyd olunub. 2020-ci ilin İtaliyada mədəniyyət baxımından “Azərbaycan ili” elan edildiyi diqqətə çatdırılıb.

15:05

Fevralın 20-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR