Dərc edildi: Baxış sayı: 845
Azərbaycan toyunda bu da oldu – “Vağzalı” əvəzinə Çempionlar Liqası himni səsləndi
Qadınlardan ibarət Azərbaycan millimi komandasının futbolçusu Manə Mollayevanın toyunda maraqlı anlar yaşanıb.
"Ryazan" (Rusiya) klubunun 21 yaşlı futbolçusunun toy mərasimində bəy-gəlin meydana daxil olub tort kəsərkən UEFA Çempionlar Liqasının himni səsləndirilib. Mərasim Bakıdakı şadlıq saraylarının birində keçirilib.
Qeyd edək ki, M.Mollayeva kişilərdən ibarət əsas yığmanın inzibatçısı Əli Davudovla ailə həyatı qurub. (yeni sabah)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət