Dərc edildi: Baxış sayı: 462
Azərbaycan tələbələrinin II qurultayının keçiriləcəyi vaxt açıqlanıb
Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə dekabrın 21-də Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayını keçirəcək.
Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.
Qurultayın keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.
Qurultayda dövlət və hökumət nümayəndələri, deputatlar, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edəcəklər.
Hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət