Slimfit
  1. İDMAN

Azərbaycan taekvondoçusu Olimpiadada bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Olimpiadada bürünc medal qazanıb
Sakura

Azərbaycan taekvondoçusu Olimpiadada bürünc medal qazanıb

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.

"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində yer alan taekvondoçu Cavad Ağayev bürünc medala sahib olub.

O, ilk görüşündə cənubi sudanlı Stefan Atemi, 1/4 finalda iranlı Hamed Əsgəri Mahiabadini yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda Ağayevin qarşısını cənubi koreyalı Ço Vun Hu kəsib. Beləliklə, azərbaycanlı idmançı bürünc medal əldə edib.

Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR