Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan şirkəti bu Avropa ölkəsində yol tikəcək

Azərbaycan şirkəti bu Avropa ölkəsində yol tikəcək
Sakura

Azərbaycan şirkəti bu Avropa ölkəsində yol tikəcək

Azərbaycanın "AzVirt" şirkəti Serbiyada Ruma-Sabaç-Loznisa avtomobil yolunun tikintisini həyata keçirəcək.

Axar.az xəbər verir ki, dəyəri 467,5 milyon avro qiymətləndirilən yolun ümumi uzunluğu 80 kilometr olacaq. Yolun Sabaç-Loznisa hissəsi yüksəksürətli yol kimi tikiləcək. Layihədə həm də Sava çayı üzərindən körpünün tikintisi də nəzərdə tutulub.

Serbiyanın İnşaat, Nəqliyyat və İnfrastruktur Nazirliyindən Azərtac-a bildiriblər ki, bu, ölkənin avtomobil nəqliyyatının prioritet layihələrindən biridir. Layihənin həyata keçirilməsi üçün Serbiya büdcəsindən ayrılan vəsaitdən əlavə, Azərbaycan Respublikasından alınacaq kredit də sərf olunacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR