Dərc edildi: Baxış sayı: 564
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Belarusun müdafiə nazirinin görüşü olub
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov avqustun 23-də Minskdə bu ölkənin müdafiə naziri, general-leytenant Andrey Ravkov ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib. Söhbət zamanı əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət