Slimfit
  1. İDMAN

Azərbaycan şahmatçısı Qran-pri turnirinə heç-heçə ilə başlayıb

Azərbaycan şahmatçısı Qran-pri turnirinə heç-heçə ilə başlayıb
Sakura

Azərbaycan şahmatçısı Qran-pri turnirinə heç-heçə ilə başlayıb

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın paytaxtı Moskvada keçirilən FİDE-nin Qran-pri turnirində ilk görüşünü başa vurub. 

"Report" xəbər verir ki, 32 yaşlı qrossmeyster birinci mərhələnin ilk duelində ABŞ təmsilçisi Hikaru Nakamura ilə xalları yarı bölüb. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov ilk raundda polşalı Radoslav Voytaşeklə üz-üzə gəlir. Hazırda bu oyun davam edir.  

Qeyd edək ki, 16 qrossmeysterin mübarizə aparacağı yarış ilk dəfə olimpiya sistemi ilə keçirilir. Hər bir mərhələ 3 günü əhatə edəcək və 2 partiya oynanılacaq. İştirakçılardan hansısa qələbə üçün yetərli 1,5 xalı toplaya bilməsə, tay-breyk olacaq. İlk raund 17 – 19 mayda, ikincisi 20 – 22 mayda, yarımfinal isə 23 – 25 mayda reallaşacaq. Şahmatçılar 27 – 29 mayda baş tutacaq finaldan bir gün əvvəl istirahət edəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR