Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Rusiya şokoladını ən çox istehlak edən 5 ölkədən biridir

Azərbaycan Rusiya şokoladını ən çox istehlak edən 5 ölkədən biridir
Sakura

Azərbaycan Rusiya şokoladını ən çox istehlak edən 5 ölkədən biridir

Azərbaycan Rusiyanın şokolad məmulatlarını ən çox istehlak edən 5 ölkədən biridir.

FED.az xəbər verir ki, Rusiyanın Qənnadı Məhsulları Bazarının Tədqiqi Mərkəzinin məlumatına görə, 2018-ci ildə Rusiya 512 min ton şirniyyat ixrac edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 19 faiz çoxdur. İxrac olunan qənnadı məmulatının böyük bir hissəsi - 55 faizi isə şokolad olub.

Çin Rusiyanın şirniyyat məhsulları ixracı marşrutunun ən dinamik inkişaf edən istiqamətidir. 2018-ci ildə bu ölkəyə 36,5 min ton qənnadı məhsulları tədarük olunub. Siyahıda sonrakı yerləri Qazaxıstan, Belarus, Azərbaycan və Qırğızıstan tuturlar.

Mərkəzin məlumatına görə, ötən ilin əsas sürprizləri rus şokoladının əsas 10 alıcısı sırasında yer almış Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı olublar. Ümumilikdə isə, bu məhsulların tədarükü coğrafiyası əhəmiyyətli dərəcədə genişlənərək 70 ölkəni əhatə edib. Onların arasında Yaponiya, Vyetnam, Kamboca, Yeni Zelandiya, Avstraliya, Kanada, ABŞ, İordaniya, İran, İraq, Əlcəzair, Mərakeş, Panama və başqaları var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR