Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı

Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı
Sakura

Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ənənəvi kollektiv rəqsi olan yallı (köçəri, tənzərə) bu gün mühafizəyə təcili ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 

Oxu.Az UNESCO-ya istinadən xəbər verir ki, Azərbaycanın sifarişinə Mavrikiyanın Port-Lui şəhərində noyabrın 26-dan dekabrın 1-dək keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 13-cü iclasında baxılıb və qəbul edilib. 

Qeyri-mədəni irs siyahısına təcili mühafizəyə ehtiyacı olan elementlər daxil edilib. Bu gün bu siyahıda 52 elementin adı daxildir və komitənin konvensiyası iştirakçı ölkələrə zəruri olan irsin burada maraqlı olan icmaların iştirakı ilə ötürülməsinə imkan verir. 

Qeyri-mədəni irs siyahısına bundan əvvəl Qarabağ atları üzərində çövkən oyunu daxil edilib.

Qeyd edək ki, bu, Azərbaycanın komitənin iclası çərçivəsində birinci nominasiyadır. Reprezentativ siyahıya daxil edilməsi üçün növbəti sifariş Azərbaycan, Qazaxıstan və Türkiyə tərəfinin birgə təşəbbüsü ilə “Dədə Qorqud irsi” dastanı ilə bağlıdır. Ümumilikdə, bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına 40 sifariş təqdim edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR