Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Qazaxıstanda keçiriləcək konfransda təmsil olunacaq

Azərbaycan Qazaxıstanda keçiriləcək konfransda təmsil olunacaq
Sakura

Azərbaycan Qazaxıstanda keçiriləcək konfransda təmsil olunacaq

Oktyabrın 17-19-da Qazaxıstanın Nazarbayev Universitetində "Xəzər və Mərkəzi Asiyanın enerji resursları: regional və qlobal perspektivlər" mövzusunda IV Avrasiya beynəlxalq konfransı təşkil ediləcək.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda enerji məsələrinə dair ümumi baxış və potensial əhəmiyyəti də daxil olmaqla, Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar - tələb və təklif, enerji bazarları və tənzimləmə və sair istiqamətlərdə problem məsələlərin müzakirəsi nəzərdə tutulur.

Konfrans Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının (IAEE) təşkilatçılığı ilə keçirilir. IAEE beynəlxalq səviyyədə enerji və onunla bağlı məsələlərə cəlb olunan biznes, hökumət, akademik və digər peşə sahiblərini əlaqələndirən qeyri-kommersiya təşkilatıdır. 1977-ci ildə təsis edilən bu qurumun hazırda 100-dən çox ölkədə üzvləri var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR