Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidenti əfqanıstanlı həmkarına məktub göndərib

Azərbaycan Prezidenti əfqanıstanlı həmkarına məktub göndərib
Sakura

Azərbaycan Prezidenti əfqanıstanlı həmkarına məktub göndərib

Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qaniyə məktub ünvanlayıb.

Ens.az "Report"-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Əfqanıstan dostluq və tərəfdaşlıq münasibətləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz bundan sonra da xalqlarımızın rifahı naminə genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Əfqanıstan xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR