Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidenti: “Son illər bütün üzv və müşahidəçi ölkələr tərəfindən TDT-yə böyük dəstək göstərilir”

Azərbaycan Prezidenti: “Son illər bütün üzv və müşahidəçi ölkələr tərəfindən TDT-yə böyük dəstək göstərilir”
Sakura

“Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir”.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,  bu barədə Prezident İlham Əliyev sentyabrın 7-də Bakıda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşdə deyib.

Bu dəstəyin növbəti illərdə də göstərilməsinin zəruriliyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib:

“Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilib. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR