Slimfit
  1. İDMAN

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qarabağ"la qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qarabağ"la qarşılaşacaq
Sakura

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qarabağ"la qarşılaşacaq

 Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək.

"Report" xəbər verir ki, günün ilk matçında "Qəbələ" doğma azarkeşlər önündə "Sumqayıt"la qarşılaşacaq.

Sənan Qurbanovun baç məşqçisi olduğu kollektiv çempionatda "gənclik şəhəri" təmsilçisinə qarşı keçirdiyi 26 matçın hamısında qol vurmağı bacarıb və ev oyunlarının heç birində məğlub olmayıb. "Sumqayıt" həmçinin altı oyundur ki, "Qəbələ"ni məğlub edə bilmir. 26 oyunun 16-da "Qəbələ", 2-də isə qonaqlar qələbə qazanıb, 8 qarşılaşma heç-heçə yekunlaşıb. Topların fərqində də əyalət təmsilçisinin aşkar üstünlüyü var - 46:20 . "Qəbələ" hazırda 17 xalla beşinci, "Sumqayıt" isə 15 xalla altıncıdır.

XV tura mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Son ölkə çempionu "Qarabağ" turnir cədvəlinin lideri "Neftçi"nin müqavimətini qırmağa çalışacaq. Azərbaycan çempionatlarının daimi iştirakçıları yubiley – 75-ci çempionatoyununda üz-üzə gələcək. 

"Neftçi" son 4 matçda rəqibinə məğlub olmamaqla yanaşı, ardıcıl 3 oyundur rəqib qapısına yol tapa bilir. Bu vaxta qədər keçirilmiş 74 oyunun 27-də Ağdam təmsilçisi, 20-də isə flaqman meydanı qələbə ilə tərk edib. 27 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də "köhlən atlar" öndədir - 78:68. "Neftçi" hazırda 33 xalla birinci, "Qarabağ" isə 30 xalla ikinci sıradadır.

Qeyd edək ki, turun digər matçlarında "Sabah" səfərdə "Zirə"ni 2:0"Səbail" isə "Keşlə"ni 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası, XV tur

3 fevral (bazar)

14:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Şaiq Həmidov

Qəbələ şəhər stadionu

18:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, ötən gün Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR