Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan polisi özündə müstəqil dövlətçilik tariximizi əks etdirir - Deputat

Azərbaycan polisi özündə müstəqil dövlətçilik tariximizi əks etdirir - Deputat
Sakura

Azərbaycan polisi özündə müstəqil dövlətçilik tariximizi əks etdirir - Deputat

Azərbaycan polisi özündə müstəqil dövlətçilik tariximizi əks etdirir. 1918-ci ildə qurulduğu dövlət müstəqilliyinin qorunmasında polisin xüsusi rolu olub. Amma təəssüf ki, AXC cəmi 23 ay yaşaya bildi. Sovetlərin tərkibində yaşadığımız 70 ildə də Azərbaycan milisi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə milisin pəşəkar fəaliyyətinin qurulması üçün geniş imkanlar yaradılmışdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O, bildirib ki, 1991-ci ildə ikinci dəfə müstəqilliyiə qovuşduğumuz illərdə polisin üzərinə daha böyük vəzifələr düşdü.

“Torpaqlarımızı işğal edərək soyqırımlar törədən erməni işğalçışlarına qarşı polisimiz ilk sıralarda dayandı. Öz canını düşmən gülləsinə sipər edən DİN-in əməkdaşları I Qarabağ müharibəsində 1700-ə yaxın şəhid verdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra erməni işğalının dayandırılması ilə bağlı atıldığı addımları ilə tarixə düşdü. 90-cı illərin əvvəlində ölkədə yaranmış xaosun aradan qaldırılması Azərbaycanın müstəqil dövlətçiliyinin gələcəyi müəyyənləşdirirdi. Azərbaycan polisi müstəqilliyimizin ilk illərindən başlayaraq dövlət quruluşuna qarşı olan bütün təhlükələrin aradan qaldırılmasında ilk sıralarda dayandı. Məhz polisin pəşəkar fəaliyyəti sayəsində qısa müddətdə ölkədə sabitlik təmin olundu. Cinayətkar dəstələr, separatçı qruplar neytrallaşdırıldı.

Ümummili Lider polisin pəşəkar fəaliyyətinə yüksək dəyər verərərk 2 iyunu Polsi Günü kimi qeyd edilməsi üçün fərman imzaladı. Məhz ondan sonra hər il bu tarixi Polis əməkdaşlarının Peşə Bayramı kimi qeyd olunur”, - deyə deputat bildirib.

O qeyd edib ki, Polisimiz dünyaynı lərzəyə gətirən pandemiyaya qarşı mübarizədə də ön sıralarda dayandı: “Sərt iqlim şəraitində gecə- gündüz demədən ictimai asayşi qoruyan polis pandemiya ilə bağlı tətbiq olunmuş karantin rejiminin tətbiqndə və vətəndaşların bu rejimə riayət olunmasında öz həyatlarını da təhlükə altına alaraq xidməti davam etdirdilər”.

Deputat onu da əlavə edib ki, II Qarabağ müharibəsi zamanı da Daxili Qoşunların əməkdaşlarından 66 nəfər şəhid oldu, 346 nəfər hərbi qulluqçusu yaralandı. 1690 nəfər ölkə başçısının sərəncamları ilə orden və medallarla təltif olundu. O cümlədən 4 nəfər Milli Qəhrəman adına layiuq görüldü. Bu gün də işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunmasında Daxili İşlər Nazirliyinin əməkdaşları ön sıralarda xidmətlərini davam etdirirlər. Həm də ölkədə cinayətkarlığa qarşı mübarizənənin aparılması və ictimai-siyasi asayişin təmin edilməsində polis əməkdaşları fədakarcasına fəaliyyət göstərirlər.

“Prezident İlham Əliyev Daxili İşlər Orqanlarının əməkdaşlarının maddi təminatının yaxşılaşdırılmasını, məişət-mənzil məslələrinin həll olunmasını, sağlamlıqlarının qorunmasını daima diqqətdə saxlayır. Belə ki, polis əməkdaşlarının xidmətini müasir şəkildə davam etdirilməsi üçün bütün texniki vasitələr və avadanlıqlarla təmin olunur. Məhz müasir xidmətin formalaşdırlması onu göstərir ki, ölkəmizdə cinayətkarlıq çox aşağı səviyyədədir və cinayət hadisələrin açılma səviyyəsi də çox yuxarıdır. Bu gün polisin ayıq-sayıqlığı sayəsində demək olar ki, törədilmiş heç bir cinayət cəzasız qalmır. Polis dövlətin bel sütunudur.

Qlobal hesabatda kriminal indeks göstəricisinə görə dünya ölkələri arasında 110-cu yerdə olmağımız polis əməkdaşlarının gərgin əməyi sayısində nail olunmuşdur. Azərbaycan polisi peşəkarlığına görə dünya ölkələri arasında seçilir. 2 iyulda Azərbaycan polisinin yaranmasının 105 çi ili tamam olur. Bu əlamətdar gündə bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, belə şərəflli, məsuliyyətli və təhlükəli xidməti fəaliyyətində uğurlar arzulayıram!”, - deyə deputat əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR