Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan polisi dövlətimizin əsas sütunlarından biridir - Sahil Kərimli

Azərbaycan polisi dövlətimizin əsas sütunlarından biridir - Sahil Kərimli
Sakura

Azərbaycan polisi dövlətimizin əsas sütunlarından biridir - Sahil Kərimli

Azərbaycan polisi dövlətimizin əsas sütunlarından biridir.

Bu fikirləri Trend-ə açıqlamasında siyasi şərhçi, Trend BİA-ın direktor müavini Sahil Kərimli deyib.

Onun sözlərinə görə, xüsusilə müstəqillik illərində polis orqanları Azərbaycan müstəqilliik qazandığı ilk illərdə ölkədə baş verən xaos və anarxiyanın, cinayətkar qrupların, kriminal dəstələrin zərərsizləşdirilməsində müstəsna rol oynayıb.

“ Azərbaycan polisinin Birinci Qarabağ müharibəsində xidmətlərini xüsusilə vurğulamalıyıq. Birinci Qarabağ müharibəsində polis orqanlarının əməkdaşları qəhrəmancasına döyüşüblər. Onlarla polis əməkdaşı qəhrəmancasına şəhid olub. Sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi illərdə də Azərbaycan polisi dövlətin yanında olmuş və dövlətin qorunub saxlanmasında yaxından iştirak etmişdir", -deyə S.Kərimli əlavə edib.

S.Kərimli qeyd edib ki, Azərbaycan polisi ölkəmizdə kiriminogen durumun nəzarətdə saxlanılması istiqamətində, cinayətkarlıqla mübarizədə çox böyük addımlar atıb.

"Azərbaycanda ictima-siyasi sabitliyin qorunması, təhlükəsizliyin təmin olunmasında polisin müstəsna rolu var. Pandemiya dövründə ölkədə polisin fəaliyyətini xüsusi vurğulamalıyıq. Karantin dövründə insanların hərəkətinin təşkilində də polisləririmiz xüsusi rol oynadı. İkinci Qarabağ Müharibəsində də ölkəmizdə hərbi vəziyyət rejimində də polis yenə öz fəaliyyətini uğurla icra etdi. Belə ki, arxa cəbhədə təhlükəsizliyin qorunması, hərbi vəziyyətin təmin edilməsində, postların qurulmasında fasiləsiz fəaliyyət göstərdi. Bundan başqa Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlıları torpaqlarımızın azad olunmasında iştirak etdi. Hazırda azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasında da polis orqanları yaxından iştirak edir.

Bu gün Azərbaycan polisi vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində böyük addımlar atır. Azərbaycan polisi Azərbaycan vətəndaşının güvən yerinə çevrilib. İstənilən cinayətkar əməlinə məruz qalmış vətəndaşımızın ilk ümid yeri polislərimiz olur, - deyə S.Kərimli qeyd edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR