Azərbaycan peşə təhsili sahəsində beynəlxalq əlaqələrini genişləndirir
Noyabrın 2-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah ilə görüş keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Agentliyin direktor əvəzi Amil Əlili ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində aparılan islahatlar, görülən işlər barədə ətraflı məlumat verib.
“British Council” təşkilatı ilə birgə həyata keçirilən “Turizm sektoru sahəsində kadrların hazırlanması və iş yerində təcrübə proqramı” və “Kənd təsərrüfatında yeni peşə ixtisaslarının hazırlanması” layihələrinin nəticələri diqqətə çatdırılıb, gələcək əməkdaşlıq məsələlərinə toxunulub.
Samr Şah peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb, peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması üçün təlimlərin təşkili imkanlarından danışıb.
Sonra birgə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət