Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Ordusunun toplardan erməniləri atəşə tutması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Ordusunun toplardan erməniləri atəşə tutması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA
Sakura

Azərbaycan Ordusunun toplardan erməniləri atəşə tutması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı guya bölmələrimizin sərhəddə təxribat törətməsi və erməni kəndlərinin tərəfimizdən atəşə tutulması barədə məlumatları təkzib edib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

V.Dərgahlı  bildirib ki, bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqəti əks etdirmir:

“Bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur.

Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR