Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Notariat Palatası təsis edildi

Azərbaycan Notariat Palatası təsis edildi
Sakura

Azərbaycan Notariat Palatası təsis edildi

Bakıda Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib.

Ədliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul şəxsləri, ölkədə fəaliyyət göstərən notariuslar, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələri iştirak ediblər.

Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Palata Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariusları özündə birləşdirir.

Ədliyyə nazirinin müavini Toğrul Musayev son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı iqtisadi inkişafının təmin olunduğunu, əhalinin həyat şəraitinin xeyli yaxşılaşdığını, mülki dövriyyənin dairəsinin genişləndiyini vurğulayıb, bu münasibətlərin tənzimlənməsində vacib rol oynayan notariat sahəsində aparılan islahatlardan bəhs edib. Qeyd edib ki, ötən dövrdə notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilib, şəffaf prosedurlar əsasında yeni notariat korpusu formalaşdırılıb, xüsusi notariat institutu geniş tətbiq olunub. Notariat ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sisteminin istifadəyə verilməsi ilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib.

Eyni zamanda, ictimai xidmətlərin müasir modeli olan “ASAN xidmət” çərçivəsində notariat orqanları tərəfindən əhaliyə səmərəli xidmətlər göstərilir. Həmin mərkəzlərdə verilən sənədlərin yarıya qədəri məhz xüsusi notariusların rəsmiləşdirdiyi sənədlərdir.

Yeni qanunvericiliyə əsasən, notariat sahəsində mütərəqqi innovasiyalar, o cümlədən vətəndaşlara istənilən yerdə notariat hərəkətlərinin aparılmasına, təxirə salınmayan hallarda səyyar və məsafədən xidmətlərin göstərilməsinə, notariat fəaliyyəti barədə məlumatların əldə edilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası və mobil notariat qovluğu istifadəyə verilib. Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artır və bir çox dövlətlər Azərbaycanın müsbət təcrübəsindən bəhrələnirlər.

Nazir müavini notariuslar arasında əlaqələndirmənin gücləndirilməsi, beynəlxalq notariat ittifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi və notariusların təlimi sahəsində formalaşmış beynəlxalq təcrübə öyrənilməklə ölkəmizin tarixində ilk dəfə olaraq Notariat Palatasının yaradılmasının müstəsna əhəmiyyətinə toxunub. T.Musayev Palatanın notariat fəaliyyətinin səmərəli təşkili ilə bağlı Ədliyyə Nazirliyinə kömək göstərilməsində önəmini qeyd edib, onun fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsiplər əsasında quraraq ölkəmizdə müasir tələblərə cavab verən notariat institutun inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə açıq səsvermə yolu ilə seçilmiş iclasın sədri, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin notariusu Əbülfəz Bünyatov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra Palatanın nizamnaməsi yekdilliklə qəbul olunub və beləliklə Azərbaycan Notariat Palatası təsis edilib.

Daha sonra Palatanın idarəetmə orqanlarına seçkilər keçirilib, İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb. 2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri seçilib.

Sonda "Ən müasir şəraitli notariat ofisi" müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR