Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Niderlandla daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Niderlandla daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq edəcək
Sakura

Azərbaycan Niderlandla daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq edəcək

Niderlandın Apeldorn şəhərində Azərbaycan  Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Niderland Krallığının Kadastr, Daşınmaz Əmlakın Qeydiyyatı və Xəritəçəkmə Agentliyinin əməkdaşları arasında işgüzar görüş keçirilib.

Komitədən ONA-ya verilən məlumata görə, görüşdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı, mülkiyyət hüquqlarının reyestri və ünvanvermə işinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avropa ölkələri arasında qabaqcıl hesab edilən Niderland təcrübəsi ilə yaxından tanışlıq baş tutub.

Görüş zamanı Azərbaycanın və Niderlandın daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemlərinin günün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məsələləri müzakirə edilib, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycanda əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-dan çox xidmətin elektron formada göstərildiyini qeyd edilib.

Qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələri müəyyən edilib. Həmçinin daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı qurumlar arasında əməkdaşlıq hədəfləri müəyyən edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR