Azərbaycan neftinin qiyməti 40 dolları ötdü
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 2-də 40,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,14 dollar/barel çoxdur.
Ens.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,17 dollar/barel çoxdur.
-->
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,34 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 37,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,06 dollar/barel çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət