Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan musiqiçisi Fransada keçirilən "Sülhü yaşadaq" festivalına qatılıb

Azərbaycan musiqiçisi Fransada keçirilən "Sülhü yaşadaq" festivalına qatılıb
Sakura

Azərbaycan musiqiçisi Fransada keçirilən "Sülhü yaşadaq" festivalına qatılıb

 Azərbaycan Fransanın Normandiya regionunda keçirilən "Sülhü yaşadaq" festivalında təmsil olunub.

"Report" un Qərbi Avropa bürosu məlumat verir ki, festivalda Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Səddam Novruzbəyovun rəhbərliyi altında Azərbaycanın milli musiqisi alətlərindən ibarət konsert proqramı təqdim edilib.

Qədim musiqi alətləri tütək, zurna və balabanda beynəlxalq müsabiqələrin iştirakçısı Səddam Novruzbəyovun ifası iştirakçıların gurultulu alqışları ilə qarşılanıb. Onu zərb alətlərində Naghib Şanbezadə, bas gitarada Emrah Kaptan müşayiət ediblər.

Hindistan səfirliyinin dəstəyi, Tapovan Yoqa və "Ayurveda" Açıq İnstitutunun təşkilatçılığı ilə keçirilən "Sülhü yaşadaq" festivalı 3 gün davam edəcək. Beynəlxalq Sülh gününə həsr edilmiş festivalda məqsəd millətindən, dinindən, cinsindən, yaşından asılı olmayaraq hər bir insanın və bütün bəşəriyyətin xilası, gələcəyin zamini olan sülhü təbliğ etməkdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR