Azərbaycan mükəmməl ölkələr reytinqində irəliləyib
Dünyanın mükəmməl ölkələri (best countries of the world) reytinqində Azərbaycan 9 pillə irəliləyərək 61-ci yerə yüksəlib.
Ens.az “Report”-a istinadən xəbər verir ki, “US News & World Report” tərəfindən doqquz meyar əsasında hər il tərtib edilən reytinqdə ölkəmiz Boliviya (60) ilə Latviya (62) arasında qərarlaşıb. Belə ki, bu reytinq tərtib edilərkən səyahət üçün əlverişli olması, sahibkarlığın inkişafı, vətəndaşlara münasibət (insan hüquqlarının, ətraf mühitin, cinslər bərabərliyinin qorunması), mədəniyyətin səviyyəsi, yerli miras, inkişaf amilləri, biznesə açıqlıq, müdafiə qüdrəti, həyatın keyfiyyəti kimi amillər əsas götürülür.
Azərbaycan (adambaşına ÜDM 18.023 ABŞ dolları) ötən ilə nisbətən sahibkarlıq meyarında 75-ci yerdən 64-ə, biznesə açıqlıq baxımdan 62-ci yerdən 57-ə, mədəniyyətin səviyyəsi baxımdan 76-cı yerdən 69-a, səyahət baxımdan 69-cu yerdən 66-a, yerli miras baxımdan 73-cü yerdən 69-a irəlilədiyi halda müdafiə qüdrəti (45) və həyatın keyfiyyəti (69) baxımdan əvvəlki mövqeyində qalıb, inkişaf amilləri baxımdan 35-ci yerdən 36-a, vətəndaşlara münasibət baxımdan isə 60-cı yerdən 61-ə geriləyib.
Bu ildə 73 ölkənin daxil olduğu reytinqə İsveçrə (adambaşına ÜDM 65.010 ABŞ dolları) başçılıq edir. Sonrakı yerləri ardıcıllıqla Kanada (49.690), Yaponiya (44.246), Almaniya (52.386), Avstraliya (52.379), Böyük Britaniya (45.741), ABŞ (62.869), İsveç (53.652), Niderland (56.489), Norveç (74.357) tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət