Dərc edildi: Baxış sayı: 320
Azərbaycan millisinin sabiq futzalçısı Qazaxıstan yığmasına baş məşqçi təyin olunub
Azərbaycan millisinin sabiq futzalçısı Paulo Rikardo Kaka Qazaxıstan yığmasına baş məşqçi təyin olunub.
“Report” xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Kayrat”ın rəsmi sayı məlumat yayıb. Braziliyalı baş məşqçi yeni postunda Azərbaycan millisi ilə yoldaşlıq matçında debüt edəcək.
Sentyabrın 23-də Bakı İdman Sarayında keçiriləcək oyun saat 16:00-da başlanacaq.
Qeyd edək ki, Kaka məşqçi karyerası ərsində Azərbaycanın U-21 yığmasına və “Neftçi”nin futzal komandasına rəhbərlik edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət