Dərc edildi: Baxış sayı: 441
Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat Almaniyanın “Ştralen” klubu ilə yollarını ayırıb
Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat Almaniyanın “Ştralen” klubu ilə yollarını ayırıb.
“Report” “FuPa” portalına istinadən xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi həvəskarlar liqasında oynamaq istəməyib. Onun karyerasını Türkiyədə davam etdirmək niyyətində olduğu bildirilir.
Qeyd edək ki, sentyabrda Oberliqa (5-ci divizion) klubu “Ştralen”lə bir illik müqavilə bağlayan Tuğrul Erat ilk dəfə 2013-cü ildə Azərbaycanın U-21 yığmasına dəvət alıb. O, növbəti il əsas milliyə çağırılıb və 2 oyuna çıxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət