Slimfit
  1. İDMAN

Azərbaycan millisi dünya çempionatına tam hazırdır

Azərbaycan millisi dünya çempionatına tam hazırdır
Sakura

Azərbaycan millisi dünya çempionatına tam hazırdır

Parataekvondo üzrə Azərbaycan milli komandası dünya çempionatından əvvəl qatıldığı təlim-məşq toplanışını başa vurub. Millimiz fevralın 3-də çempionatın keçiriləcəyi Antalyaya yollanır. SİA xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəhbər heyəti idmançılarla görüşüb.

ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, baş katib Həmdiyyə Məmmədov və nəzarət-təftiş komissiyasının sədri Vüqar Məmmədovun iştirak etdikləri görüşdə baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov təlim-məşqlər və komandanın hazırlığı barədə məlumat verib. Parataekvondoçuların çempionata tam hazır olduqlarını bildirən məşqçi heyəti yetirmələrinin uğur qazanacaqlarına əminliyini qeyd edib. Milliyə göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyinə təşəkkür edən idmançılar ölkəmizə yüksək əyarlı medallarla qayıtmaq üçün var gücləri ilə mübarizə aparacaqlarını bildiriblər.

N.Səfərov və N.Paşayev dünya çempionatının Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün reytinq xalı verməsi baxımından əhəmiyyətini vurğulayıblar. Millimizin dünya parataekvondo komandaları arasında ön sıralarda yer tutduğunu və taekvondoçuların yaxşı nəticə qazanacaqlarına ümidvar olduqlarını qeyd edən vitse-prezidentlər onlara uğurlar arzulayıblar. Xatırladaq ki, səkkizinci dəfə keçiriləcək parataekvondo üzrə dünya çempionatı fevralın 5-6-da Antalyada təşkil ediləcək. Komandamız bu yarışa 11 idmançı ilə qatılacaq. Məşqçi heyəti dünya çempionatında idmançılardan Sadiq Həmidov, Emin Nüsrətdinov, İmaməddin Xəlilov (61 kq), Elimxan Manafov, Nicat Müslümov, Əbülfəz Abuzərli, Hüseyn Həsənov (75 kq), Vüsal İsmayılov və Vüqar Adışirinov (+75 kq), Röyalə Fətəliyeva (49 kq) və Aynur Məmmədovaya (58 kq-dan yuxarı) şans verib. Millimiz fevralın 7-də Vətənə qayıdacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR