Dərc edildi: Baxış sayı: 481
Azərbaycan manatının dövretmə sürəti azalıb
Bu ilin martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,12 bənd təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,24 bənd az, yanvarın 1-nə nisbətən 0,36 bənd, ötən ilin martın 1-nə nisbətən isə 0,67 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət