Azərbaycan kimya sənayesi məhsullarının istehsalını 25% artırıb - CƏDVƏL
Azərbaycanda bu ilin yanvar-aprel aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 385,1 mln. manatlıq məhsul istehsal edilib.
Ens.az xəbər verir ki,Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60,7% , kimya sənayesində 24,9%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20,% artıb.
Məlumata əsasən, hesabat dövrü əsas kimya məhsullarından metanol istehsalı 67,6%, etilen istehsalı 18,2%, propilen istehsalı 17,9% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,1 dəfə, bərk polipropilen boruların istehsalı 77,9% artıb.
Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2020-ci il, yanvar-aprel |
2019-cu ilim yanvarı-apreli ilə nisbətən, % |
Azot, min kub m |
7 480 |
99 |
ondan əmtəəlik |
219,9 |
61,4 |
Yod, ton |
55,4 |
87,2 |
Oksigen, min kub m |
780,9 |
71,1 |
ondan əmtəəlik |
764,4 |
71,2 |
Propilen, min ton |
44,8 |
117,9 |
ondan əmtəəlik |
43,7 |
115,3 |
Polietilen, min ton |
31,8 |
75,5 |
Etilen, min ton |
57,7 |
118,2 |
Metanol (metil spirti), min ton |
161,1 |
167,6 |
Lak-boya məmulatları, ton |
3 693,8 |
57,6 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
8 448,8 |
133 |
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət