Azərbaycan-İran sərhədində son vəziyyət
Azərbaycanla İran sərhədində Gömrük Buraxılış Məntəqələri qarşılıqlı olaraq piyadalar üçün bağlı olsa da, yüklərin daşınması adi qaydada davam etdirilir.
xəbər verir ki, hər iki tərəfə hərəkət edən yük maşınları günün müxtəlif saatlarında sərhədi maneəsiz keçir.
Elə buna görə də Biləsuvar gömrük-buraxılış məntəqəsinin terminalında fəaliyyət göstərən FHN-in qərargahında müayinələrə cəlb olunanlar, əsasən, sürücülərdir. Bunlar arasında həm yerli, həm də İran vətəndaşlarına rast gəlinir.
Qərargahda müayinələr 24 saat müddətində həyata keçirilir. Buna görə də ərazidə iki həkim qrupu növbəlilik əsasında çalışır. Şübhəli şəxslər aşkar edilərsə, onlardan götürülən analiz nümunələri əraziyə gətirilmiş mobil diaqnostika avtomobilində yerindəcə yoxlanır.
Qarşı tərəfdən dəhliz vasitəsilə ölkəmizə qayıdan Azərbaycan vətəndaşları gömrük buraxılış məntəqəsində yoxlanışdan keçdikdən sonra onların sağlamlığına bir daha əmin olmaq üçün təcili-tibbi yardım avtomobilləri ilə bölgədəki Mərkəzi Rayon Xəstəxanalarında bir neçə gün nəzarət altında saxlanılırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət