Dərc edildi: Baxış sayı: 417
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 13%-ə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 965,2 milyon manat vəsait yönəldilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% çoxdur.
2 aylıq investisiya qoyuluşunun 1 027,7 milyon manatı qeyri neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 1,8% çoxdur.
Son 1 ildə qeyri neft-qaz sənayesinə investisiya qoyuluşu isə 21% artaraq 154,9 milyon manata çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət