Dərc edildi: Baxış sayı: 339
Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin ilk iclası keçirilib
Avqustun 28-də yeni yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İdarə Heyətinin ilk iclası keçirilib.
Ens.az xəbər verir ki,Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından və Müşahidə Şurasının qəbul etdiyi qərarlardan irəli gələn vəzifə və tapşırıqların icrası müzakirə olunub.
İclasda həmçinin Holdinqin fəaliyyətə başlaması ilə əlaqədar bir sıra təşkilati-inzibati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət