Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan innovativ inkişaf reytinqində 2 pillə irəliləyib

Azərbaycan innovativ inkişaf reytinqində 2 pillə irəliləyib
Sakura

Azərbaycan innovativ inkişaf reytinqində 2 pillə irəliləyib

Azərbaycan bu il innovativ inkişaf reytinqini əks etdirən "Global Innovation Index 2020" hesabatında 131 ölkə arasında 82-ci yeri tutub.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Xatırladaq ki, ötən il ölkəmiz sözügedən reytinqdə 84-cü pillədə qərarlaşmışdı. 

Hesabata əsasən, bu il siyahıda ilk 10-luqda İsveçrə, İsveç, ABŞ, Böyük Britaniya, Hollandiya, Danimarka, Finlandiya, Sinqapur, Almaniya və Cənubi Koreya qərarlaşıb.

İran siyahıda 67-ci, Gürcüstan 63-cü, Ermənistan 61-cü, Türkiyə 51-ci, Rusiya isə 47-ci yeri tutub.

"Global Innovation Index 2020" 2008-ci ildən yayımlanır, "Global Innovation Index", "INSEAD Business School", "Jhonson University of Cornell" və WIPO (World Intellectual Property Organization) tərəfindən hazırlanır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR