Dərc edildi: Baxış sayı: 540
Azərbaycan ilk dəfə qatılacağı Yeniyetmələrin Qış Olimpiya Oyunlarında bir idmançı ilə təmsil olunacaq
Azərbaycan 2020-ci ildə İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında bir idmançı ilə təmsil olunacaq.
Bu barədə "Report"a Azərbaycanın Oyunlardakı şef de-missionu Anar Bağırov məlumat verib.
O bildirib ki, yarışda Yekaterina Ryabova fiqurlu konkisürmə növündə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan ilk dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarına qatılır. "Lozanna-2020" 9 - 22 yanvarda baş tutacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət