Slimfit
  1. İDMAN

Azərbaycan idmançılarının qatılacağı turnirlər təxirə salındı

Azərbaycan idmançılarının qatılacağı turnirlər təxirə salındı
Sakura

Azərbaycan idmançılarının qatılacağı turnirlər təxirə salındı

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) iyunadək nəzərdə tutulan bütün beynəlxalq turnirləri qeyri-müəyyən müddətədək təxirə salıb.

"Report"un məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb. Bildirilib ki, bununla bağlı bütün yerli federasiyalara məktub ünvanlanıb.

Təxirə salınan yarışlara Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Dünya Kuboku da daxildir.

Mart ayından əvvəl qazanılan nəticələr isə qüvvədə saxlanılıb. Bundan əlavə, yarışlar dayandırıldığından, idmançıların reytinq cədvəli də "dondurulub". 

Turnirlərin yalnız pandemiya dövrü başa çatdıqdan sonra başlayacağı bildirilib.

Qeyd edək ki, bu yarışlarda Azərbaycan qılıncoynadanlarının da iştirakı nəzərdə tutulurdu. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR